Geniş Kitabxana
Röya Ayxan
Röya adı gəldikdə, məncə, onu tanımayan tapılmaz. Uşaqdan böyüyə kimi, hətta qocalar da onu sevir, onun ifasını bəyənənlərin sayı yetəri qədərdir.Röya öz səmimiliyi, mehribanlığı, gülər üzü, ən əsası ifa etdiyi mahnılarla qəlbləri fəth etməyi bacarıb. Əslində o,Röyalə Nəcəfovadır. Röya Ayxan isə özünə götürdüyü təxəllüsdür. Belə ki, bu gözəl müğənnimiz 1982-ci il iyun ayının 14-də Bakıda doğulub. Kökünə getsək, Qarabağın Ağdam rayonundandır. İli İt, bürcü isə Əkizlərdir. Orta və ali məktəbi də Bakı şəhərində oxuyub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Röya ailəlidir, 2009-cu il oktyabrın 25-də ana olub və Hüseyn adında bir oğlu var. Bu sənətə gəlişi məktəbdə oxuduğu zamanlarda olub.Ona ilk dəfə bəstəkar Sərvər Şahbəyli dəstək olaraq bu sənətə gətirib. 1995-ci ildən bu günə kimi artıq 18 ildir ki, Röya səhnədədir. İlk müəllimi "W-trio" qrupunun rəhbəri, bəstəkar Vaqif Gərayzadə olub. Röya bu qrupun ifaçısı olub. 2002-ci ildən etibarən qrupu tərk edərək solo ifasına başlamışdır. Çox çalışqan xanımdır, daim öz üzərində çalışır. İlk"Bu gecə" adlısolo konserti 2005-ci ildə olub. Həmin il Röya Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə "Darıxmışam" adlı solo konsertini verib. Elə həmin ildə də "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib olub. Röyanın ifasında olan bütün mahnılar demək olar ki, sevilir. Çoxlu sayda mahnıları, klipləri var: "Bilərsənmi", "Nazlı yarım", "Söylə", "Cücə", "Darıxmışam", "Deyin ona", "Sənə görə", "Dostumsan, yoxsa sevgilim" və s. İndiyə kimi3 albomu işıq üzü görüb: "Söylə", "İlqar" və Türkiyədə yenicə təqdim etdiyi "Göndər". Bildiyimiz kimi, hazırda fəaliyyətini Türkiyədə davam etdiirir. Orada yazdırdığı "Göndər" adlı mahnısının sözləri və musiqisi Soner Sarıkabadayıya məxsusdur. Mahnının akustik versiyasını Mustafa Ceceli,remix versiyasnı isə Kaan Gökman hazırlayıb. Buyurubklipini izləyə bilərsiz: Röya özünə fikir verən xanımdır. Tez-tez imicində, saçında dəyişikliklər edir. Son imici ilə onu Türkiyədə Rihannaya bənzədirlər. Röya müğənniliklə yanaşı aktrisa kimi də özünü sınayıb. O, "İstanbul tətili" adlı filmdə baş rol alıb və uğurla bu rolun öhdəsindən gəlib. Hazırda Röya Türkiyədəyaşayır və fəaliyyət göstərir. Azərbaycana da tez-tezgəlir. Ona daim sənətində liderliyini qoruyub saxlamağı arzu edirəm.
Cemi 271 nefer oxuyub
Beyen(45) | Beyenme(54)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Röya Ayxan - Qarışıq Məqalələr
Röya Ayxan məqaləsini oxumaq üçün daxil olun
Röya Ayxan, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 68 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021