Röya Ayxan

Röya Ayxan


Röya adı gəldikdə, məncə, onu tanımayan tapılmaz. Uşaqdan böyüyə kimi, hətta qocalar da onu sevir, onun ifasını bəyənənlərin sayı yetəri qədərdir.Röya öz səmimiliyi, mehribanlığı, gülər üzü, ən əsası ifa etdiyi mahnılarla qəlbləri fəth etməyi bacarıb. Əslində o,Röyalə Nəcəfovadır. Röya Ayxan isə özünə götürdüyü təxəllüsdür. Belə ki, bu gözəl müğənnimiz 1982-ci il iyun ayının 14-də Bakıda doğulub. Kökünə getsək, Qarabağın Ağdam rayonundandır. İli İt, bürcü isə Əkizlərdir. Orta və ali məktəbi də Bakı şəhərində oxuyub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Röya ailəlidir, 2009-cu il oktyabrın 25-də ana olub və Hüseyn adında bir oğlu var. Bu sənətə gəlişi məktəbdə oxuduğu zamanlarda olub.Ona ilk dəfə bəstəkar Sərvər Şahbəyli dəstək olaraq bu sənətə gətirib. 1995-ci ildən bu günə kimi artıq 18 ildir ki, Röya səhnədədir. İlk müəllimi "W-trio" qrupunun rəhbəri, bəstəkar Vaqif Gərayzadə olub. Röya bu qrupun ifaçısı olub. 2002-ci ildən etibarən qrupu tərk edərək solo ifasına başlamışdır. Çox çalışqan xanımdır, daim öz üzərində çalışır. İlk"Bu gecə" adlısolo konserti 2005-ci ildə olub. Həmin il Röya Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə "Darıxmışam" adlı solo konsertini verib. Elə həmin ildə də "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib olub. Röyanın ifasında olan bütün mahnılar demək olar ki, sevilir. Çoxlu sayda mahnıları, klipləri var: "Bilərsənmi", "Nazlı yarım", "Söylə", "Cücə", "Darıxmışam", "Deyin ona", "Sənə görə", "Dostumsan, yoxsa sevgilim" və s. İndiyə kimi3 albomu işıq üzü görüb: "Söylə", "İlqar" və Türkiyədə yenicə təqdim etdiyi
[1] 2 >>
Cəmi 1732 nəfər oxuyub
Bəyənən (215) | Bəyənməyən (225)
Dostlarınla Paylaş

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024