Geniş Kitabxana
Sara Xatun
Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun fəxr edə biləcəyimiz bir qadın, eyni zamanda gözəl nümunə olacaq bir anadır. Osmanlı mənbələrinin yazdığına görə onun əsl adı Gövhərşah xatundur. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəçilik işlərində oğluna yaxından kömək edirdi.Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetle bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, ikincisi Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatun bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatun oğlunu dinlədikdən sonra dedi:- Düz deyirsən, oğlum ,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.- Bunu ancaq sən edə bilərsən, ana!- Doğru deyirsən. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət-ənənələrinə dərindən bələddir. Yəqin ki mənim sözümü yerə salmaz.- Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır. Bir neçə gündən sonra Sara xatun çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir-birinə "ana" , "oğul" deyə müraciət edirdilər.Sultan Mehmet dedi:-Ana, Həsən bəylə savaşa girmək istəmirəm. O da mənim qardaşım. Biz bir-birimizlə anlaşsaq, yaxşı olmazmı?Sara xatun yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu-Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə Sara xatun Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461-ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur. Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu təqdirə layiq haldır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasada onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.
Cemi 143 nefer oxuyub
Beyen(31) | Beyenme(42)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Sara Xatun - Qarışıq Məqalələr | Tatli.Biz
Sara Xatun məqaləsini oxumaq üçün daxil olun
Sara Xatun, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 62 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021