Sara Xatun

Sara Xatun


Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun fəxr edə biləcəyimiz bir qadın, eyni zamanda gözəl nümunə olacaq bir anadır. Osmanlı mənbələrinin yazdığına görə onun əsl adı Gövhərşah xatundur. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəçilik işlərində oğluna yaxından kömək edirdi.Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetle bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, ikincisi Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni
[1] 2 3 >>
Cəmi 640 nəfər oxuyub
Bəyənən (110) | Bəyənməyən (126)
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023