Sara Xatun

Sara Xatun


döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatun bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatun oğlunu dinlədikdən sonra dedi:- Düz deyirsən, oğlum ,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.- Bunu ancaq sən edə bilərsən, ana!- Doğru deyirsən. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət-ənənələrinə dərindən bələddir. Yəqin ki mənim sözümü yerə salmaz.- Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır. Bir neçə gündən sonra Sara xatun çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir-birinə "ana" , "oğul" deyə müraciət edirdilər.Sultan Mehmet dedi:-Ana, Həsən bəylə savaşa girmək istəmirəm. O da mənim qardaşım. Biz bir-birimizlə anlaşsaq, yaxşı olmazmı?Sara xatun yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə
<< 1 [2] 3 4 >>
Cəmi 655 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024