Sara Xatun

Sara Xatun


xatın Həsən bəyin arvadıdır.-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu-Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə Sara xatun Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461-ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur. Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli
<< 1 2 [3] 4 >>
Cəmi 650 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024