Bu gün 6 məqalə əlavə olundu
Geniş Kitabxana
Heyran Xanım
Azərbaycan klassik şeirinin ustalarından biri də Heyran xanımdır. Bu şairənin əsərləri uzun müddət tozlu taxçalarda, ədəbiyyata yad olan əllərdə qalmış, bəlkə də bir çox qiymətli əsərləri itib-batmışdır. Bütöv bir "Divan" sahibi olan Heyran xanımın adı Azərbaycan ədəbiyyatından bəhs edilən təzkirələrə düşməmiş, onun yaradıcılığı haqqında ədəbi mənbələrdə bəlli -başlı məlumat verilməmişdir. Yalnız ikinci dünya müharibəsi illərində Cənubi Azərbaycanın ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyətin nəşr etdiyi "Danişməndani-Azərbaycan" adlı əsərində şairə haqqında qısaca məlumata rast gəlinmişdir. Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir yazılı sənəd yoxdur. Vəfat etdiyi şəhər, dəfn edildiyi məzar belə kimsəyə bəlli olmadığından, onun ölüm tarixi də bəlli deyildir. Onun haqqında az-çox məlumatı əsərlərindəki işarələrdən, özü haqqında yazdığı misralardan öyrənmək olur. Şairə XVIII əsrin II yarısında Naxçıvanda doğulmuşdur. Siyasi məsələlər ucbatından Heyran xanımın ailəsi Təbrizə köçürülmüşdür. Azərbaycanın iki hissəyə bölünməsindən sonra şairə ana vətənindən ayrı qalmışdır. Heyran xanımın özünün dediyinə görə O, Naxçıvanda, kübar ailədə doğulmuşdur. Heyran xanım uzun müddət Təbrizdə yaşamış, hansı vasitə iləsə Abbas Mirzənin ailəsinə bağlı olmuşdur. Onun bir sıra mənzum məktublarında buna işarələr vardır. "danişməndani-Azərbaycan" müəllifinin qeydinə görə, O, Heyran xanımın qohumlarından biri ilə görüşmüş və bu adam şairə haqqında məlumat verərək demişdir ki, Heyran xanım 80 yaşına qədər yaşamışdır. Heyran xanımın əsərlərinin yeganə nüsxəsi 1945-ci ilədək Təbrizdə, Azərbaycan ədəbi irsini toplamaqla məşqul olan Hacı Məhəmməd Naxçıvanınin şəxsi kitabxanasında saxlanılırdı. Heyran xanımın dərin təhsil və tərbiyə almış bir şairə olduğu məlumdur. Heyran xanım "Təbrizdə zəlzələ haqqında" şeirində baş vermiş təbii fəlakətin yaratdığı acı gerçəkləri belə əks etdirmişdir. Oldu, ya rəbb, həlak insanlar, Suvarıb torpağı qızıl qanlar. Oldu çöllər cavanlara mədfən, Çoxlarına nə qüls var, nə kəfən. Sinəsinə dağlı, gözləri giryan, Minlər ilə ana edər əfqan. Bala dərdilə cümləsi ağlar, Nə bir ehsan, nə bir xətmi-Quran var. Baxasan, hər tərəf cəsədlə dolu, Bağlanıb xalq üçün nicat yolu. Qəzəllərindən ... Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.Hicran ələmi saldı ayaqdan məni-zari,Daruyi-vüsali mənə bir çarə yetirsin.Səbrim kəsilib, yar mənim canımı alsın,Ya şad eləsin vəsl ilə, didarə yetirsin.Dünyadə və üqbadə görüm mətləbə yetsin,Hər kəs məni ol yari-vəfadarə yetirsin.Bir yol verin, ey möhnəti-hicran ki, pəyamımTa badi-səba ol gülü gülzarə yetirsin.Yüz həsrət ilə bu dili-hicranə giriftar,Əzm etdi, özün ol güli-bixarə yetirsin.Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,Qoymadı özün ol gülə biçarə yetirsin.Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,Qoy yarə özün bu dili-avarə yetirsin.Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,Heyrani o şəhbazə digər-barə yetirsin. Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.O gülzari-vüsalindən uzaqda,Çün bülbül ruzü şəb nalan mənəm, mən.Nə mənzil, nə məkan, nə xaniman var,Cahanda xəstəyi-dövran mənəm, mən.Sənin hicrin ilə, su şəmsi-taban,Bulud tək daima giryan mənəm, mən.Bu məclisdə olub pərvanə misli,O nari-eşqilə suzan mənəm, mən.Əsiri-zülfün içrə yox mənim tək,Sədaqəllə sənə qurban mənəm, mən.Qanıma təşnəsən sən ey sitəmkar,Üzünə valehü Heyran mənəm, mən.
Cemi 138 nefer oxuyub
Beyen(33) | Beyenme(35)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Heyran Xanım - Qarışıq Məqalələr
Heyran Xanım məqaləsini oxumaq üçün daxil olun
Heyran Xanım, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 73 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021