Heyran Xanım

Heyran Xanım


şəxsi kitabxanasında saxlanılırdı. Heyran xanımın dərin təhsil və tərbiyə almış bir şairə olduğu məlumdur. Heyran xanım "Təbrizdə zəlzələ haqqında" şeirində baş vermiş təbii fəlakətin yaratdığı acı gerçəkləri belə əks etdirmişdir. Oldu, ya rəbb, həlak insanlar, Suvarıb torpağı qızıl qanlar. Oldu çöllər cavanlara mədfən, Çoxlarına nə qüls var, nə kəfən. Sinəsinə dağlı, gözləri giryan, Minlər ilə ana edər əfqan. Bala dərdilə cümləsi ağlar, Nə bir ehsan, nə bir xətmi-Quran var. Baxasan, hər tərəf cəsədlə dolu, Bağlanıb xalq üçün nicat yolu. Qəzəllərindən ... Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.Hicran ələmi saldı ayaqdan məni-zari,Daruyi-vüsali mənə bir çarə yetirsin.Səbrim kəsilib, yar mənim canımı alsın,Ya şad eləsin vəsl ilə, didarə yetirsin.Dünyadə və üqbadə görüm mətləbə yetsin,Hər kəs məni ol yari-vəfadarə yetirsin.Bir yol verin, ey möhnəti-hicran ki, pəyamımTa badi-səba ol gülü gülzarə yetirsin.Yüz həsrət ilə bu dili-hicranə giriftar,Əzm etdi, özün ol güli-bixarə yetirsin.Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,Qoymadı özün ol gülə biçarə yetirsin.Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,Qoy yarə özün bu dili-avarə yetirsin.Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,Heyrani o şəhbazə digər-barə yetirsin. Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.O gülzari-vüsalindən uzaqda,Çün bülbül ruzü şəb nalan mənəm, mən.Nə mənzil, nə məkan, nə xaniman var,Cahanda xəstəyi-dövran mənəm, mən.Sənin hicrin ilə, su şəmsi-taban,Bulud tək daima giryan mənəm, mən.Bu məclisdə olub pərvanə misli,O nari-eşqilə suzan mənəm, mən.Əsiri-zülfün içrə yox mənim tək,Sədaqəllə sənə qurban mənəm, mən.Qanıma təşnəsən sən ey sitəmkar,Üzünə valehü Heyran mənəm, mən.
<< 1 [2]
Cəmi 653 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024