Heyran Xanım

Heyran Xanım


Azərbaycan klassik şeirinin ustalarından biri də Heyran xanımdır. Bu şairənin əsərləri uzun müddət tozlu taxçalarda, ədəbiyyata yad olan əllərdə qalmış, bəlkə də bir çox qiymətli əsərləri itib-batmışdır. Bütöv bir "Divan" sahibi olan Heyran xanımın adı Azərbaycan ədəbiyyatından bəhs edilən təzkirələrə düşməmiş, onun yaradıcılığı haqqında ədəbi mənbələrdə bəlli -başlı məlumat verilməmişdir. Yalnız ikinci dünya müharibəsi illərində Cənubi Azərbaycanın ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyətin nəşr etdiyi "Danişməndani-Azərbaycan" adlı əsərində şairə haqqında qısaca məlumata rast gəlinmişdir. Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir yazılı sənəd yoxdur. Vəfat etdiyi şəhər, dəfn edildiyi məzar belə kimsəyə bəlli olmadığından, onun ölüm tarixi də bəlli deyildir. Onun haqqında az-çox məlumatı əsərlərindəki işarələrdən, özü haqqında yazdığı misralardan öyrənmək olur. Şairə XVIII əsrin II yarısında Naxçıvanda doğulmuşdur. Siyasi məsələlər ucbatından Heyran xanımın ailəsi Təbrizə köçürülmüşdür. Azərbaycanın iki hissəyə bölünməsindən sonra şairə ana vətənindən ayrı qalmışdır. Heyran xanımın özünün dediyinə görə O, Naxçıvanda, kübar ailədə doğulmuşdur. Heyran xanım uzun müddət Təbrizdə yaşamış, hansı vasitə iləsə Abbas Mirzənin ailəsinə bağlı olmuşdur. Onun bir sıra mənzum məktublarında buna işarələr vardır. "danişməndani-Azərbaycan" müəllifinin qeydinə görə, O, Heyran xanımın qohumlarından biri ilə görüşmüş və bu adam şairə haqqında məlumat verərək demişdir ki, Heyran xanım 80 yaşına qədər yaşamışdır. Heyran xanımın əsərlərinin yeganə nüsxəsi 1945-ci ilədək Təbrizdə, Azərbaycan ədəbi irsini toplamaqla məşqul olan Hacı Məhəmməd Naxçıvanınin
[1] 2 >>
Cəmi 637 nəfər oxuyub
Bəyənən (120) | Bəyənməyən (105)
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023