Dünyanın ilk qadın döyüşçü - pilotu

Dünyanın ilk qadın döyüşçü - pilotu


O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyşmişdir. O,AtatürkünSabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi. Sabiha Çanqaya ibtidai məktəbini bitirdikdən sonra Üsküdar qızlar kollecində təhsilini davam etdirmişdi. Xəstəliyi üzündən təhsilini yarımçıq qoyaraq Heybeliada və Vyanada müalicə olunmuşdu. Fransız dilini daha da yaxşı bilmək üçün bir müddət Fransada yaşamışdı. 1934-cü ildə soyadlar haqqında qanun çıxandan sonra Atatürk ona Gökçen soyadını verdi. Sabiha Gökçen 1935-ci ildə “Türkquşu”-nun açılış mərasimində göstərilən uçuşlara heyran olur və o andan etibarən hava yolları və uçuşlar barədə maraqlanmağa başlayır. Atatürkün dəstəyi ilə 1935-ci ildə Türk Hava Birləşmələrinin Tük Hava Yolları məktəbinə daxil olur və Ankarada bir sıra təcrübələrdən keçir. İlk qadın döyüşçü-pilot olan Sabiha 7 kişi tələbə ilə birlikdə Krımdakı Koktebel Ali Planer məktəbinə göndərilir və 6 aylıq təhsil müddətində oranı uğurla başa vurur. O, Moskvada motorlu təyyarə dərsləri almaq istəyir, ancaq mənəvi bacısı Zəhranın ölüm xəbərini eşidən kimi Türkiyəyə geri qayıdır. Bacısının ölümü ona pis təsir edir və o, bir müddət heç nə
[1] 2 3 >>
Cəmi 1703 nəfər oxuyub
Bəyənən (219) | Bəyənməyən (223)
Dostlarınla Paylaş

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024