Flora Kərimova

Flora Kərimova


Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir. Ailə həyatı: Üçüncü evliliyindən Zümrüd adlı qızı var. Zümrüd 2006-cı il iyulun 29-da Nazimlə ailə həyatı qurub. Onlar hazırda İngiltərədə yaşayırlar. Və nəhayət Flora Kərimovanın gözəl və ezaskar səsindən gözəl bir musiqini sizlərlə bölüşmək istərdim. Buyurun xoş dinləmələr.
Cəmi 1639 nəfər oxuyub
Bəyənən (207) | Bəyənməyən (228)
Dostlarınla Paylaş

Saytda 242 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024