Hürrəm Sultan kimdir?

Hürrəm Sultan kimdir?


Osmanlı padşahı I Süleymanın (Qanuni Sultan Süleyman) xanımı və sonrakı padşah II Səlimin anasıdır. Bir Osmanlı padşahıyla nigahla evlənmiş tək qadın... Kökü: Lehistan krallığının sərhədləri daxilində olan Rohatində doğulub. Tatar akınçıları tərəfindən 1520-ci ildə və daha sonra Krım xanı tərəfindən Osmanlı sarayına təqdim olundu. Tarixdə Rohatindən qaçırılmış 16-cı əsr qaynaqlarına görə qızlıq adı bilinmirdi. Amma daha sonrakı qeydlərə görə məsələn 19-cu əsr Ukraynasına aid ilk qeydlərinə görə Anastasiya (Qısaca Nastiya), Polşalılara görə Aleksandra Lisovska olaraq bilinir. Ümumilikdə Hürrəm Sultan, ya da Hürrəm “balsaq” sultan olaraq tanınırdı; Avropa dillərində Roxolena, Roxolana, Roxelane, Rossa, Ruziac, Türkcədə Hürrəm (Farscada-Khurram), sevincli olan adam və (Ərəbcədə-Karima) soylu-köklü olan adam anlamına gəlir. Saraydakı həyatı: Hürrəm Sultan sarayda fərdi təhsil əldə etmişdi. Gözəlliyi, zəkası və bacarığı ilə padşahın diqqətini çəkməyi bacardı. Hərəm qadınları və saray əyanları arasında da özünə layiqincə yer etdi. Hürrəm Sultan saraya gəldiyində Qanuninin nökərlərindən biri olan Mahidevran Sultandan Mustafa adlı bir oğlu vardı. Mustafa zamanla çox sevilən bir şahzadəyə çevrildi. Hürrəm Sultan hər fürsətdə Mahidevran Sultandan önə keçirdi və Qanuninin inam və sevgisini qazanaraq onun nigahlı xanımı oldu. Qızı Mehrimah Sultanı Vəzir-i Əzəm Rüstəm Paşa ilə evləndirərək Vəzir-i Əzəmlə bir ittifaq yaratdı. Onu taxtdan salacağı inancı ilə Qanuni, çox sevilən oğlu Mustafanı öldürtdü. Hürrəm Sultanın Qanunini bu qərarı verməkdə köməkçi olduğu fikri daha geniş yayılıb. Şahzadə Mustafanın öldürülməsindən sonra Mahidevran Sultan əməlli-başlı gözdən düşdü. Həyatının böyük bir hissəsini kasıb vəziyyətdə oğlunun
[1] 2 >>
Cəmi 676 nəfər oxuyub
Bəyənən (114) | Bəyənməyən (116)
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024