Ancelina Coli

Ancelina Coli


Tam adı: Ancelina Coli Voyt. Soyadı olan "Coli" əslində ikinci adıdır. Doğum tarıxı: 4 İyun 1975 Doğum yeri: Los-Angeles Təhsili: Nyu-York Universitetində kino aktyorluğu fakültəsində təhsil alıb. Atası - aktyor Jon Voyt, anası - aktrisa Marcheline Bertrand, qardaşı - rejissor Ceyms Haven Voyt. İlk Filmi: 1982-ci ildə Hal Ashbyin çəkdiyi "Looking to Get Out" adlı komediya filmində ilk rolunu oynayıb. Mükafatları: Hələ 25 yaşında ikən ikisi TV silsilə serialı olmaqla üç "Qızıl Qlobus" qazanıb. "Girl, Interrupted" filmində "Oscar" mükafatı laueatı, ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi olub. O, eyni zamanda BMT-nin sülhməramlı səfiridir. Evlilikləri: 1995-1999-cu illərdə qədər ingilis aktyoru Johnny Lee Millə, 2000-2002-ci illərdə Billy Bob Thornton ilə evli olub. 2005-ci il Colinin həyatı üçün olduqca əhəmiyyətli bir il oldu. Çünki o, "Mr.&Mrs. Smith" filmində birlikdə rol aldığı Bred Pittlə yaxınlaşınca həmin dövrdə evli olan Pitt üzündən maqazin mətbuatı hər gün yeni bir xəbərlə oxucunun qarşısına çıxırdı. Yuva yıxan qadın olmadığını hər fürsətdə dilə gətirsə də Coli Pitt-Aniston cütünün ayrılmasında ən böyük faktorlardan biri olaraq görüldü. Hazırda Bred Pittlə birlikdə yaşayır. Cütlüyün Maddox, Pax ve Zahara adlı üç övladlığa götürdüyü və Shiloh, Knox ve Vivienne adlı üç uşaqları var. Ancelina Jolienin bədənində tam doqquz döyməsı var. Döymələrdən üçü gənc sənətçinin sevgililərinin xatirəsinə edilib. Ayrıca, bir qolunda yaponca ‘‘ölüm' yazılı bir döyməsi var. Bir ombasında xaç döyməsi diqqət çəkir. Bir qolunda canavar döyməsi, kürəyində Borneo qəbilələrinin işarələrini işarələyən döymələr diqqət çəkir.
Cəmi 602 nəfər oxuyub
Bəyənən (130) | Bəyənməyən (113)
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023