Günəbaxan peraşkisi

Günəbaxan peraşkisi


Tərkibi: 2 ədəd yumurta 100 qr. soyuq "Wellinqton" kərə yağı 1 armudu st. "Zeytun Bağları" zeytun yağı 1 armudu st.qatıq 1 paket qabartma tozu 1 paket vanel 1 ç.q.duz 3.5-4 st.un İçi üçün: Soyutma kartof Soğan Şüyüd və ya cəfəri "Zeytun Bağları" zeytun yağı Duz, istiot Pul bibər Üzəri üçün: Yumurta sarısı Günəbaxan ləpəsi Hazırlanması: Soyuq kərə yağı ilə unu blenderdən keçiririk, qalan ərzaqları üzərinə töküb xəmiri yoğururuq. Soyutma kartofları əzirik, soğanı doğrayıb yağda qovururuq və əzilmiş kartofa qatırıq.Göyərtini də doğrayırıq, duz,istiot və pul bibərlə birlikdə kartofa əlavə edib qarışdırırıq. Xəmiri yayırıq, stəkan və ya nəlbəki ilə kəsirik. Dairələrdən birinin ortasına kartoflu içdən qoyuruq.Kənarlarından qırağa çıxmamasına diqqət yetiririk. 2-ci dairə ilə digərinin üzərini bağlayırıq. Ortasını və kənarlarını yüngülcə basırıq. Bıçaqla xəmirin kənarlarına bərabər aralıqlarla 8 kəsik atın. Üzərinə fırça ilə yumurta sarısı sürtün. Peraşkilərintam orta qisiminə günəbaxan ləpəsi səpin. 175 dərəcəlik əvvəldən isidilmiş sobada üzərləri qızarana qədər bişirin. "Günəbaxan" peraşkisi hazırdır. Nuş olsun!
Cəmi 1707 nəfər oxuyub
Bəyənən (194) | Bəyənməyən (194)
Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023