Anaya verilən dəyər

Anaya verilən dəyər


Allah, İslam əxlaqı ilə insanların həm ictimai, həm də fərdi mənada bütün hüquqlarını zəmanət altına almış və onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşaya biləcəkləri yolu göstərmişdir. Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, zəngin-kasıb ayrıseçkiliyi güdmədən bütün insanlara qarşı ədalətli, xoş görüşlü, mərhəmətli və yardımsevər münasibətdə olmağı tələb edir. Mömin, qarşısında hər kim olursa olsun, həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən bir insan bütün gözəl əxlaq xüsusiyyətlərini, Allah özünə əmr etdiyi üçün yaşayar. Bu səbəblə də qarşısındakı adamın ictimai mövqeyi, cinsiyyəti, yaşı kimi faktorlar, onun göstərəcəyi münasibət və davranışlarına təsir etməz.

Allah Quranda həm qadına qarşı göstərilməsi lazım olan diqqətli münasibətə, həm də bununla yanaşı 'anaya' qarşı göstəriləcək olan gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmişdir.

İnsanın ana və atası, uşaqlarının yaxşı təhsil alıb gözəl bir əxlaq qazana bilməsi, həm özünə, həm də ətrafındakı insanlara fayda gətirəcək xeyirli bir insan ola bilməsi üçün böyük səy göstərərlər. İllər boyu bu məqsədlə maddi mənəvi bir çox fədakarlığı boyunlarına götürərlər. İnsanın, özünə verilən bu əməyi təqdir edə bilməsi və bu fədakar əxlaqa, hörmət və ehtiramla cavab verməsi lazımdır. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. (Ənkəbut Surəsi, 8)
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik... (Əhqaf Surəsi, 15)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin.
[1] 2 >>
Cəmi 763 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023