Azərbaycan haqqında ümumi məlumat

Azərbaycan haqqında ümumi məlumat


Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir.
Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.

Azərbaycan Respublikasının ərazisi 380 24’ və 410 54’ şimal en dairələri ilə 440 46’ və 500 50’ şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var. Ölkədə 1718 bələdiyyə yaradılmışdır.

1995-ci ildə qəbul edilmiş konstitusiyaya görə Azərbaycan demokratik respublikadır. Ölkənin başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir. Qanunverici hakimiyyəti 5 il müddətinə seçilən 125 deputatdan ibarət birpalatalı Milli Məclis həyata keçirir. İcraedici hakimiyyət prezident tərəfindən təyin edilən, Milli Məclisdə təsdiq edilən Hökümətə məxsusdur, onun başçısı baş nazirdir. Məhkəmə hakimiyyətini Ali Məhkəmə həyata keçirir.

Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İR ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizinin suları ilə sahillər yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə RF, Qazaxıstan, Türkmənistan, İİR-dır.


Həmsərhəd ölkə Sərhəddin uzunluğu (km)
Rusiya 390
Gürcüstan 480
Ermənistan 1007
Türkiyə 15
İran 765
Xəzər dənizi 780



Azərbaycan Respublikasının sahəsi 86600 km2 –dir. Şimaldan cənuba Azərbaycan ərazisinin maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə
[1] 2 3 >>
Cəmi 1465 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023