Azərbaycan haqqında hamı bunu bilməlidir

Azərbaycan haqqında hamı bunu bilməlidir


bərabərdir.

Ölkə əhalisinin ümumi sayı 9356.5 min (2013-cü il) nəfərdir. Əhalinin 53.1 %-i şəhər əhalisidir. Əhalinin milli tərkibinə görə azərbaycanlılar üstünlük təşkil edir (91,6 %). Ruslar, ləzgilər, talışlar, avarlar, tatarlar, tatlar, udinlər, kürdlər, yəhudilər və s. kimi xalqlar respublika ərazisində yaşayırlar. Ölkə ərazisində əsas yayılmış din İslam dinidir.

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m). Dağlar Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ölkənin ən böyük ovalığı olan Kür-Araz ölkənin mərkəzi və şərq hissələrini əhatə edir. Ovalıqda Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Qarabağ düzləri ayrılır. Şimal şərqdə Xəzər dənizinin sahilləri boyu ensiz zolaq şəklində Samur-Dəvəçi ovalığı, cənub-şərqdə Lənkəran ovalığı yerləşir.

Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis,
<< 1 [2] 3 >>
Cəmi 405 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024