Qrip nədir?Qripin mualicəsi

Qrip nədir?Qripin mualicəsi


Qrip nədir? Qripin müalicəsi və qorunma yolları
Qrip nədir? Qripin müalicəsi və qorunma yolları

Qrip nədir?
Qrip, ya da tibbi adıyla influenza, hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500.000 insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir.

Qrip epidemiyası ve pandemiyası nə deməkdir?
Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu, asanlıqla dəyişə bilir. Bu da virusun immun sistemimizdən qaçmağına səbəb olur. Kiçik struktur dəyişiklikləri, bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildə bir ortaya çıxan böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, büytün dünyanı əhatə edən böyük salgınlara yol açar. Tarixdəki bilinən ən böyük grip salgınlarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan 1918 İspaniya Gripidir. 2009 ilində Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H 1 N 1 pndm (Donuz Qripi) virusu səbəb olmuşdur.

Qrip necə yoluxur? Yoluxmanın qarşısını necə almaq olar?
Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb, asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə gripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus, toxunulan hər yerə yayılır. Gripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Gripin cəmiyyətdə yayılmaması üçün, virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində, məktəbə, işə getməyib evdə istirahət edilməlidir.
[1] 2 3 >>
Cəmi 481 nəfər oxuyub
Bəyənən (68) | Bəyənməyən (67)
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024