Covid 19

Covid 19


Koronavirusun simptomları hansılardır?
Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Simptomlar virusla qarşı qarşıya gələndən 2-14 gün ərzində özünü göstərə bilər. Bəzi yoluxan insanlar simptom göstərməyə bilər.

Ən yayğın simptomlara hərarət, öskürək və yorğunluq aid ola bilər. Digər simptomlar isə təngnəfəslik, sinədə ağrı və ya sıxılma, əzələ və ya bədən ağrısı, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi, boğazda narahatlıq hissi, ishal, mədə bulantısı və qusma, qarın ağrısı və dəridə qaşınmadır. Bu simptomlardan əlavə körpələrdə qidalanmada çətinlik müşahidə oluna bilər.

Hər yaşta uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklər və uşaqlar eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər.Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər.

Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın.


Özümü yoluxma riskindən necə qoruya bilərəm?
İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı ehtiyat tədbirindən yararlana bilərsiniz:

Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun (Daha ətraflı: Koronavirusa (COVID-19) qarşı müdafiə olunmaq üçün əllərinizi yumaq barədə bilməli olduğunuz hər şey)
Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını
[1] 2 >>
Cəmi 1644 nəfər oxuyub
Bəyənən (161) | Bəyənməyən (184)
Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024