Ailə həyatında xoşbəxtliyin yolları

Ailə həyatında xoşbəxtliyin yolları


. Heç vaxt öcəşməyin!!!
Ailə həyatınızı məzara sürükləyən ən qısa yol. Deyingənlik və öcəşkənlik məhəbbətin puç edilməsi üçün cəhənnəm iblislərinin icad etdikləri bütün cəhənnəm əzablarının ən əzablısıdır.

Qadının öcəşkənliyi və davakarlığı kişinin öz ailəsini atmasının başlıca şərtlərindən biridir. Çox qadınlar xırdaçılıq edib hər şeyə qulp qoymaqla özlərini ailə həyatı üçün tədricən məzar qazmışlar.

2. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmayın. Sevin və yaşamağa mane olmayın.

Ailə həyatında münasib həyat yoldaşı tapmaqdan daha vacibi münasib həyat yoldaşı olmağı bacarmaqdır.

insanlarla ünsiyyətdə ən əvvəl bunu bilmək lazımdır ki, onların vərdiş etdikləri tərzdə, özləri istəyən kimi yaşamalarına mane olmaq yaramaz, ancaq gərək bu vərdişlər bizim vərdişlərimizlə o qədər də kəskin ziddiyyətə girməsin.xoşbəxt ailə

3. Tənqid etməyin.

Ailənin dağılmasının səbəblərindən biri də tənqiddir - mənasız tənqid, ürəyi yaralayan tənqid. Kişilər qadınların qəşəng geyinmək və gözəl görünmək şeylərini diqqətsiz buraxmamalıdırlar. Kişilər çox vaxt qadınların geyimlə necə dərindən maraqlandığını unudurlar, bəlkə də bunu heç bilmirlər. Məsələn, kişi və qadın küçədə başqa cütə rast gələrlərsə, çətin ki, qadın kişiyə birinci baxmış olsun, onu ən əvvəl qadının daha yaxşı geyinməsi maraqlandırır. 98 yaşında qoca qadına 30 il əvvəl çəkilmiş fotoşəkli göstərdikdə onun zəifləmiş gözləri şəkli yaxşı seçə bilmədi, amma verdiyi yeganə sual belə oldu: "Mənim əynimdəki hansı paltar idi?". Bu sətirləri oxuyan kişilərin heç yadına gəlmir ki, 5 il bundan əvvəl nə cür kostyum və köynək geyiniblər, heç bunu yada salmağa həvəsləri də olmur. Amma qadınlar bizdən
[1] 2 3 >>
Cəmi 513 nəfər oxuyub
Bəyənən (81) | Bəyənməyən (61)
Dostlarınla Paylaş

Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024