Geniş Kitabxana
Xoşbəxt evliliyin sirləri
Xoşbextlik açarı insanların qapısının önündedir
Mütexessisler bele bir fikir de seslendirirler ki, ailede yaxşı münasibetleri davam etdirmeyi bacaran insanlar gündelik heyatlarında bir-biri haqqında menfi hiss ve düşüncelerinin müsbet elametlere tesir etmesine icaze vermeyenlerdir. Bele insanlar bir-birilerinin ümid ve isteklerini destekleyir, ortaq bir meqsed üzerinde aile qurduqlarını düşünürler. Bele qenaete gelinib ki, münasibetlerin normal olması üçün heyat yoldaşı ile aradakı dostluğu güclendirmek lazımdır. Şefqeti paylaşmaq, stressi kenara atmaq, heyat yoldaşınızla mehriban ünsiyyeti davam etdirmek lazımdır. Ailede bu münasibetlerin pozulmasına sebeb olan müxtelif amiller var. Amerikalı psixoloqların fikrince, aile münasibetlerinin bitmesinin başında aldatma ve ailedaxili şiddet gelir. ABŞ-da aparılan araşdırmaya göre, ailde 60 faiz kişiler, 40 faiz ise qadınlar heyat yoldaşlarını aldadırlar. Kişilerin aldatma sebebleri heyat yoldaşı ile dostluq qura bilmemesi, fikirlerini bölüşe bilmemesi gösterilir. ABŞ-da 35 ildir 3 min cütlük üzerinde aparılan araşdırmalar onların ayrılma sebeblerinin eyni problemlerden qaynaqlandığını ortaya çıxarıb.Evlilik heyatında bir çox şey müşterek, ancaq gözlenilenler ferqli de ola biler. İller keçse de heyat yoldaşları bir-birilerine prioritetlerinin ne olduğunu konkret bir şekilde dile getirmeye bilirler. Xüsusile de kişiler ne istediklerini anlatmaqda, özlerini ifade etmekde çox sıxıntı yaşayırlar. O da melum olub ki, evlilik heyatında kişinin qadından gözledikleri ümumilikde qadınınkından daha çoxdur. Bele ki, her ikisi de iş yerinde çalışıb yorulsa da, kişi eve daxil olduqda “çox yoruldum” deyib uzanır, qadının ise bele bir şansı olmadığı üçün üstelik kişi ondan bir de gözel yemek gözleyir. Evin seliqeli olmasını, geyimlerinin temiz ve ütülü, hetta içeceyi bir stekan suyu bele qadının getirmesini gözleyir. En önemlisi ise kişiler analarından gördükleri qarşılıqsız şefqet, sevgini heyat yoldaşlarından gözleyirler. Heyat yoldaşlarının “sual kitabı” deyil, “cavab açarı” olmasını, deyinmesile başının şişirtmesini, göz yaşlarını tökmemesini isteyir.Belelikle, kişiler qadından anası qeder şefqetli heyat yoldaşı, güveneceyi sadiq, her şeyi paylaşa bilecek dost, söhbet ede bileceyi, qelbine yaxın mükemmel bir ürek gözleyirler. Evli şexslerle bağlı aparılan araşdırmalar neticesinde bele qenaete gelinib ki, evlenmek isteyen ferdler önce özlerini, sonra da evlenecekleri şexsleri tanımalıdırlar. Xoşbextlik açarı insanların qapısının önündedir, onu başqa yerde axtarmayacaqsınız. Boşanmaq bir hell yolu deyil ve en son helldir. Evlilye yalnız ferdler deyil, aileler, medeniyyet de daxildir.Esas şert qarşılıqlı inam hissidir.Psixoloq Taryel Faziloğlu Milli.-a açıqlamasaında deyir ki, xoşbext evliliyin esas şerti qarşılıqlı inam hissidir: “Aile quran cütlükler aile qurmadan bir-birlerine ne qeder inandıqlarını gözden keçirmelidirler. Bu gun qurulan ailelerin qısa müddetde ailedaxili münaqişelere girmelerinin kökünde aile qurarken qarşılıqlı inam hissi olmadan, sadece seksual celbetme üzerinde qurulmasıdır. Bu da qısa bir müddetden sonra tükenir ve cütlükler arasında soyuqlaşma ve isteksizlik yaranmağa başlayır. Neticede qarşılıqlı şübheler, qısqanclıqlar meydana gelir ki, ekser bu tip ailelerin sonu boşanma ile bitir”. Psixoloqun fikrince, ikinci esas şert düşünce terzlerindeki uyğunluğun olmasıdır: “Bele olmadıqda aile quran cütlüklerin tam ferqli maraqlarının olması evvelce cüzi mübarizeye, sonra da açıq münaqişeye çevrilir ki, bu da ailenin sonunu getirir. Basqa bir esas şert de cütlükler arasında qarşılıqlı bir-birlerini itirme qorxusunun cüzi de olsa, öz aktuallığını qorumasıdır. Bu hiss onların münasibetlerini her zaman teze tutacaq ve daim qarşı terefe diqqetli olmağa sövq edecek”.

İnsanlar temenna üzerinde aile qurmamalıdırlar
Sosioloq Ehmed Abbasbeyli ise bildirdi ki, müeyyen dövrlerde hansısa göstericiler deyişir: “Azerbaycanda göstericiler bele idi ki, daha çox qız ve oğlan terefin insanları bir-biri ile dil tapırdılar. Daha çox o aileler mesuliyyet daşıyırdılar. Bu günleri zemane gencleri daha çox bir-biri ile tanış olurlar, özleri aile qurmağa çalışırlar. Yeni artıq valideynlerin bu sahede rolu azalıb. Eyni zamanda gencler daha müasir düşünürler, daha serbestdiler. Meselen, evveller qadının işleme problemi vardısa, bu gün artıq bu, bele deyil, qadınlar normal çalışırlar. Düşünürem ki, xoşbext aile üçün, ilk növbede, her iki teref hem, oğlan, hem qız bir-birini başa düşmelidirler, güzeşte getmelidirler, qarşılıqlı hörmet olmalıdır. Her iki terefin valideynlerine hörmet olmalıdır. İnsanlar temenna üzerinde aile qurmamalıdırlar”.Sosioloqun fikrince, diger terefden ise ola biler ki, çox gözel bir ünsiyyet qurulur ve sevgi olur, aile qurulur: “Sonra bir çox sosial problemler hemin münasibetlere kölge sala bilir. Bu menada onların sosial, maddi problemleri gerek münasibetlere kölge salmasın. Ele bir aile yoxdur ki, orada söz- söhbet olmasın. Ve her iki terefin yaxınları problemleri daha çox aradan qaldırmağa çalışmalıdırlar, neinki şişirdib, daha da böyüdüb ailenin dağılmasına sebeb olacaq seviyyeye çatdırmalıdırlar. Bu menada böyüklerin ağsaqqallığı, müdrikliyi mühüm rol oynayır. İster-istemez yeni qurulan, xüsusile genc ailelerde bir müddetden sonra müeyyen xarakter toqquşması olan bir an olur. Xaricde aile qurmadan önce uzun müddet bir yerde yaşayırlar ve bir-birini tanıyırlar, xarakterleri uyğunlaşır. Bu cür nikahlar geniş yayıldığına göre, xarakter toqquşmasına az-az rast gelinir. Azerbaycan ailelerinde müxtelif ailelerden gelirler, müxtelif xarakterler, aile münasibetleri müxtelif cür olduğuna göre müeyyen müddetden sonra xarakter toqquşması labüddür. Hemin toqquşmalar dövründe hem gencler, hem de onların valideynleri bu toqquşmanı söndürmek istiqametinde iş görmelidirler. Teessüf ki, bizde bezi valideynler bunu qızışdırmağa çalışır ve neticede de boşanmaların sayı artır. Normal insan xoşbext aile qura ve bu aile uzun müddet davam ede biler”.

Xoşbextlik sevgiden başlayıb dostluqda bitmelidir
“Temiz dünya” İctimai Birliyinin sedri Mehriban Zeynalova ise Milli.-a bildirdi ki, xoşbext aile anlamı eslinde mücerreddir, xoşbext ehval-ruhiyye ile bağlı formalaşan psixoloji bir haldır: “Eger bizim üzümüze kimse gülürse ve biz onun sevincini hiss edirikse, bundan xoşbextik. Lakin bezi hallarda bunu xoşbextlik kimi qiymetlendirmirik. Bezi insanlar ele düşünür ki, ailede daim her iki teref gülümsemelidir ve bu, xoşbextliyin açarıdır. Eslinde bele deyil, aile cemiyyetle temasda olan bir institutdur. Cemiyyetde baş veren hadiseler aileye transfer olunur, odur ki, eger cemiyyetde hansısa neqativ hallar varsa, aile bundan yan keçe bilmir, bu, sosial-psixoloji durum adlanır. Bele hallarda adeten eyni fikirli ve bütün çetinlikleri birge daşıya bilmeyen cütlükler arasında münaqişeler başlaya bilir. Lakin aile üzvleri bir-biri ile dost ola bilirse ve birinin fikrini elementar jestlerden oxuya bilirse, hemin an bu jestlere uyğun hereketler edirse, demek, bu ailede dostluq, diqqet, hörmet var. Biz diger dostlarımızı daha yaxşı tanıyırıq ve onların xarakterini bilib ona uyğun davranırıq. Amma ailede dost olmadıqda bu mümkün olmur. Biz bir-birimize dözmürük ve inkar edirik bir-birimizi. Xoşbextlik sevgiden başlayıb dostluqda bitmelidir. Onda ideal aile olur”.M.Zeynalovanın sözlerine göre, sadece indi daha dözümlülük ve bir-birinin yerine özünü qoyaraq onun yerinde olmaq verdişi yaranıb, bir de ictimai qınaqdan qorxu yoxdur: “Diger amil ise insanların secim imkanlarının genişlenmesidir. İndi ele gencler var ki, sanki heç özleri de bilmirler niye evlenirler, yeni ailenin ne olduğunu derk etmirler. Belke ona göre de möhkem olmur indi aileler. Bu da bir amildir”.Birliyin sedri deyir ki, eslinde ailenin xoşbextliyine mane olan amillerden biri genclerin iqtisadi asılılığıdır: “Genc aile üzvü iqtisadi asılı olduğu halda asılı olduğu tereflerin reyleri fikirleri ve düşünceleri, telebleri ile oturub-durmalı olur. Mesele insanların genc yaşında evlenmesinde deyil, gencin aile heyatına erken yaşından hazırlaşdırılmasındadır. Evveller böyük aile olanda ailenin büdcesinin idare edilmesi meselesi ailenin bir üzvü terefinden heyata keçirilirdi ve imkanlar beraber bölünürdü. İndi daha çox bolluq ve müxtelif telebatlar ortaya cıxdığından bu cür bölgülerin heyata keçirilmesi çetinleşir. Eger genc erken yaşından emeye ve pulun idare edilmesine hazır olsa, onun aileni idare etmesi ele de çetin olmaz, bu, hem qadın, hem de kişiye aiddir. Eger genc aile iqtsiadi asılı olsa, o halda tebii ki, qeyri-edaletli bölgüden natamamlıq hissi meydana gelir, bu da narazılıqları artırır”.
Cemi 225 nefer oxuyub
Beyen(35) | Beyenme(31)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Xoşbəxt evliliyin sirləri - Qarışıq Məqalələr
Xoşbəxt evliliyin sirləri məqaləsini oxumaq üçün daxil olun
Xoşbəxt evliliyin sirləri, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 76 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021