Xoşbəxt ailə necə olur?

Xoşbəxt ailə necə olur?


qazandığı ya da itirdiyi nə qədər əhəmiyyətlidir ki sizin üçün?
Keçmişi buraxın.
Heç bir zaman keçmişdə edilən səhvləri yoldaşınıza xatırlatmayın. Bir mübahisədə, birdən-birə mövzuyla əlaqədar ya da əlaqəsiz, yoldaşınızın köhnədən etdiyi bir səhvi gündəmə gətirməyin.
Laqeyd yanaşmayın.
Bir-birinizdən fərqli həyatlarınız ola bilər, yoldaşınız futbola gedərkən siz də köhnə qız yoldaşlarınızla çölə çıxa bilərsiniz. Amma bir plan edərkən yoldaşınızın fikirini soruşmursuzsa, səhv yoldasınız. Yoldaşınızı hər şeydən başda tutmalısınız.
Yatağa küs girməyin.
Şiddətli bir dalaşmış olsanız da yataq otağınıza, daha doğrusu yatağa əsla incik girməyin. Yatmadan əvvəl mütləq bütün problemlərinizi həll edin. Yataq otağınız, sizin üçün xüsusi bir dünyadır. O otağa problemlərinizi daşımayın.

İltifat əhəmiyyətlidir.
Gün içində heç olmasa bir dəfə həyat yoldaşınıza gözəl bir söz söyləyin. Dünyadakı bir çox adamın onu cazibədar görməsi bir tərəfə, onun üçün əsl əhəmiyyətli olan sizin nə düşündüyünüzdür.
Üzr istəməyi bilin.
Əgər səhv bir şey etdinizsə, bunu etiraf edin və üzr istəyin. Ancaq təbii ki bunu vərdiş halına gətirməyin. "Necəsə üzr istəyirəm, mövzu bağlanır" deyə düşünməyin.


Səbirli olun.
Əgər bir probleminiz və ya mübahisəli bir mövzunuz varsa yoldaşınız evə gəlir-gəlməz başlamayın, imkan verin yoldaşınız rahatlansın, paltarların dəyişsin, çörəyini yesin, çay süfrəsində məsələni aça bilərsiz. Həm də yadda saxlayın ki, "Ac kişi əsəbi olur".

Bir mübahisə üçün iki adam lazım olduğunu unutmayın. Bir düşünün mübahisələriniz niyə çıxır? Görəsən yalnız qarşı tərəfi günahlandırmaq nə qədər doğrudur? Sizin heçmi payınız yoxdur bu mübahisələrdə? Əlbəttə ki vardır.
<< 1 [2] 3 >>
Cəmi 840 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024