Tələsmə,könlüm tələsmə - Şeirlər


Geniş Kitabxana
Tələsmə,könlüm tələsmə
TƏLƏSMƏ, KÖNLÜM, TƏLƏSMƏ

Gediləsi yerinmi var,
Xeyirdən çox şərinmi var,
Eldən gizlin sirrinmi var,
Ümidimi haqdan üzmə.
Tələsmə, könlüm, tələsmə.

Yamanlardan uzaq dolan,
Yaxşılıqdı yadda qalan,
Torpaq üstə möhkəm dayan,
Hər yel vuran səmtə əsmə,
Tələsmə, könlüm, tələsmə.

Kükrə, çağla var səsinlə,
Od püskürən nəfəsinlə,
Öyünmə dar qəfəsinlə,
Yurd taladıb, daş-qaş gəzmə.
Tələsmə, könlüm, tələsmə.

Hələ ömrün çoxu durur,
Gözlərimin şoxu durur,
Tələsməyin boynunu bur,
Araz üstə dərd-qəm düzmə.
Tələsmə, könlüm, tələsmə.

Əcdadımız müdrik, ulu,
Tariximiz sirlə dolu,
Xoşbəxtliyə gedən yolu
Bir yandan da özün kəsmə,
Tələsmə, könlüm, tələsmə.
1985
Cemi 104 nefer oxuyub
Beyen(19) | Beyenme(16)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Tələsmə,könlüm tələsmə məqaləsini oxumaq üçün daxil olun


Tələsmə,könlüm tələsmə, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Tələsmə,könlüm tələsmə - Şeirlər

Saytda 78 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021