Tələsmə,könlüm tələsmə

Tələsmə,könlüm tələsmə


TƏLƏSMƏ, KÖNLÜM, TƏLƏSMƏ

Gediləsi yerinmi var,
Xeyirdən çox şərinmi var,
Eldən gizlin sirrinmi var,
Ümidimi haqdan üzmə.
Tələsmə, könlüm, tələsmə.

Yamanlardan uzaq dolan,
Yaxşılıqdı yadda qalan,
Torpaq üstə möhkəm dayan,
Hər yel vuran səmtə əsmə,
Tələsmə, könlüm, tələsmə.

Kükrə, çağla var səsinlə,
Od püskürən nəfəsinlə,
Öyünmə dar qəfəsinlə,
Yurd taladıb, daş-qaş gəzmə.
Tələsmə, könlüm, tələsmə.

Hələ ömrün çoxu durur,
Gözlərimin şoxu durur,
Tələsməyin boynunu bur,
Araz üstə dərd-qəm düzmə.
Tələsmə, könlüm, tələsmə.

Əcdadımız müdrik, ulu,
Tariximiz sirlə dolu,
Xoşbəxtliyə gedən yolu
Bir yandan da özün kəsmə,
Tələsmə, könlüm, tələsmə.
1985
Cəmi 578 nəfər oxuyub
Bəyənən (125) | Bəyənməyən (111)
Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023