Atam gəldi,atam getdi

Atam gəldi,atam getdi


ATAM GƏLDİ, ATAM GETDİ

Atam gəldi uzaq yolu,
Sor-sovqatlı,
əli dolu,
könlü dolu.
Kəndimizdə körpələnmiş,
Bakımıza səpələnmiş
Dörd baladan olsun halı.
Atam gəldi
Gətirdi
əynində bizə tanış paltarı.
Atam gəldi
Gətirdi,
Ürəyində yorğun ata intizarı.
Bu gəlişdən duydum nələr…
Bunu yazsam
Çatan deyil
Qələm-dəftər.
Yazmasam da ürəyimi ağrı dələr.
Bu gəlişdən
Mən oxudum harınlara sonsuz nifrət,
Bu gəlişdən
Mən oxudum ağıl – sərvət,
Zəhmət – sərvət.
Çox şükür ki,
Atam mənim xəsis deyil, xəbis deyil
Müftəxorlar məclisinə doğma deyil,
əziz deyil.
Atam deyər:
– “Pulu səpən insan qolu sınmalıdır!”
Atam üçün bir qəpik də gərəklidir,
Mənalıdır.
Atam gəldi bircə gecə qala bildi
Bunu bizim gen Bakıda
Qəhqəhəli şən Bakıda
Bir dar daxma,
Bir yatacaq,
Bir də dördcə bala bildi…
Atam getdi…
Amma bilmirəm niyə, nədən?
Sizdən nə danım, nə gizlədim mən?
Qabarlı əllər tikən
Adam deyə haray çəkən
Üzü bərk – bəzəkli,
İçi tər-təzəkli
Saraylara söymədi getdi.
Nə yaxşı ki, alçaqların,
Qapısını döymədi getdi…tam
Cəmi 615 nəfər oxuyub
Bəyənən (138) | Bəyənməyən (127)
Dostlarınla Paylaş

Saytda 194 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024