Qurban olum


QURBAN OLUM

Məni belə gözdən salma,
Yar gözünə qurban olum.
Şirin-şirin söhbət elə,
Hər sözünə qurban olum.

Sənsiz bağrım çatlar yəqin,
Dərd dizimi qatlar yəqin,
Elə baxma qəmgin-qəmgin,
Gül üzünə qurban olum.

Mənsiz çəkmə ələmi sən,
Al əlimdən qələmi sən,
Nura bələ aləmi sən,
Möcüzənə qurban olum.

Sən varsan ki, mən də varam,
Əhd-peymana sadiq yaram,
Yalnız sənə qul olaram,
Acizanə qurban olum.

Fəzailin röyadımı?! –
Duy naləmi, fəryadımı,
Döndər gecə həyatımı
Gündüzünə qurban olum.
Cemi 83 nefer oxuyub
Beyen(14) | Beyenme(11)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Qurban olum məqaləsini oxu


Qurban olum, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Qurban olum, yukle

Saytda 128 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021