Ən yaxşı avtomobil narkası hansıdır?

Ən yaxşı avtomobil narkası hansıdır?


Focus2Move” layihəsinin analitikləri bu ilin birinci rübünün satış rəqəmlərini öyrənərək, dünya bazarının ən çox satılan avtomobil markalarının siyahısını təqdim ediblər.

Belə ki, birinci yerdə Yaponiya markası olan “Toyota” avtomobili dayanıb. Şirkət ildə 2,14 milyon avtomobil sataraq öz rəqiblərini geridə qoyub. İkinci yeri isə ildə 1,74 milyon maşın satan Almaniya markası “Volkswagen” tutub. “Ford” isə 1,41 milyon maşın sayı ilə üçüncü sırada yer alıb. Dördüncü və beşinci yerlər “Nissan” və “Honda”markaları tərəfindən tutulub.

Ekspertərin araşdırmalarına görə, “Mercedes”, “Renault”, “Hyundai” və “Kia” markaları isə ilk onluqda yer alıb.

Bəs, Azərbaycanda daha çox hansı markadan olan avtomobillərə tələbat var?

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017-ci ildə şəxsi minik avtomobillərinin sayı 10 min 454 ədəd artaraq, 1 milyon 94 min 729 ədədə çatıb. Ötən il Azərbaycanda ən çox “Şevrolet”lərin sayı artıb. 2017-ci ildə bu markadan olan avtomobillərin sayı 3206 ədəd artaraq, 14 min 895 ədədə çatıb. Artım sayına görə 2-ci yeri “Mercedes” (2002 ədəd), 3-cü yeri “Hyundai” (1366 ədəd), 4-cü yeri isə “Toyota” (1160 ədəd) tutub.

Ən çox isə “VAZ”-ların sayı azalıb (5641 ədəd azalma).

Son zamanlar isə bazarlarda ikinci əl maşınlarından “Mercedes” markalı avtomobillərə daha çox tələbat var. Bu səbəbdən də ölkəyə ən çox idxal olunan məhz bu markadan olan avtomobillərdir.

Musavat. olaraq, Avtomobil Satışı Mərkəzində alıcılar və satıclar arasında maraqlı sorğu keçirdik. Azərbaycanda hansı avtomobilə daha çox tələbatın olduğunu öyrənməyə çalışdıq. “Ən yaxşı avtomobil markası hansıdır” sualı ilə müraciət etdik.

Rəylərini soruşduğumuz şəxslərdən bəzilərinin cavabları belə
[1] 2 >>
Cəmi 3013 nəfər oxuyub
Bəyənən (170) | Bəyənməyən (182)
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024