Palıd

Palıd


PALID

Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?

Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.

Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək
Cəmi 591 nəfər oxuyub
Bəyənən (127) | Bəyənməyən (117)
Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024