Bahar gəldi
Tatli.Biz

Bahar gəldi


BAHAR  GƏLİB

Bahar gəlib yurdumuza.
Sular dilli,
Çöllər güləş,
Göylər qızıl.
Təbiətin
        nur xonçalı,
Gül qonçalı
Gəlin qızı --
Bahar gəlib.
Duyğulara səhər yeli -- 
Bahar gəlib.
Səhərlərə duyğu seli --
Bahar gəlib.
Zirvələrin ağ donunun
Saplarını çəkən bahar.
Buludların ətəyini
Üfüqlərin dağ çiyninə
        tikən bahar.
Quzulamış ömürləri
Mehvərindən sökən bahar.
Yer üzünə yaşıl toxum 
        əkən bahar.
Elə bil ki, qəlbimizdə
Fikirlər də,
        Sevinclər də,
Gülüşlər də yaşıl donlu.
Yaşıl ağac yanındakı,
Yaşıl yamac yanındakı
Açıq,
        Gizli
Görüşlər də yaşıl donlu.
Budaqlarda topa quşlar,
Yaxınlarda, uzaqlarda 
Topa quşlar --
Uçan nəğmə topaları. 
Dərələrin boğazında
Bir-birini
Qucan nəğmə topaları.
Yeni-yeni təməl daşlı
Ağ binalar --
Şəhərimin göbələyi.
Körpələrin qəhqəhəsi
Bağ-bağatın kəpənəyi.
Kür kükrəyir,
Araz axır --
Düzlərimin nur zolağı.
Göllərimdən günəş doğur,
Çöllərimə günəş yağır.
Elə bil ki, böyüyərək
Muğan olur günəş boyda.
Elə bil ki, kiçiklərək
Günəş olur Muğan boyda.
Azərbaycan torpağı da 
        cahan boyda.
Bahar gəlib.
Yer üzünün
        hələ gizli sazağı var.
Hələ vəhşi dərələrin
Həqiqəti xortumlayıb
Udmağı var.
Bahar gəlib
Zülmətlərə,
Sazaqlara qənim bahar.
Gözəlliyə yasaqlara
        qənim bahar.
Yer üzünə
Əbədilik səpiləsi
Yaşıl, mavi dənim bahar.
1968
Cemi 122 nefer oxuyub
Beyen(26) | Beyenme(35)
Dostlarınla Paylaş

Bahar gəldi məqaləsini oxu


Bahar gəldi, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Bahar gəldi, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 149 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021