Bu gün 6 məqalə əlavə olundu
Geniş Kitabxana
Iki səs
İKİ  SƏS

Yenə də ağ varaq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə
Qəlbim istəyən söz başıma gəlmir.

Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şer də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır.

Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, -- deyir- oğul, yat-deyir.

Ürəkdən nur alır hər ev, hər ocaq,
Onunmu səsinə qulaq asım mən.
Ana yuxusuna haram qataraq,
Bəs necə düşünüm, necə yazım mən?

Anam bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa,
Bir də ki, şairə şair deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa.

Oğul dincliyini axtarır ana,
O bilmir bir dolan buluddur ürək --
Minillik bir yuxu versən də ona,
Yenə boşalmasa dincəlməyəcək.

Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, deyir,- oğul, yat,- deyir.

İki səs şairi çağırır bu dəm,
Necə yuxulayım, necə yazım mən...
Boşal kağız üstə, boşal, ey sinəm,
Qoy iki səsə də qulaq asım mən!

1956.
Cemi 58 nefer oxuyub
Beyen(12) | Beyenme(19)
Paylaş:
Şeirlər
Dostlarınla Paylaş

Iki səs - Şeirlər | Tatli.Biz
Iki səs məqaləsini oxumaq üçün daxil olun
Iki səs, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 88 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021