Muğanın şikayəti

Muğanın şikayəti


MUĞANIN  ŞİKAYƏTİ

Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Mili tüfəngsiz keçin:
    Ceyran azalıb,
    Yaman azalıb!

Güllə səsi gəldimi
Güllə tək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər...
    Ceyran azalıb,
    Yaman azalıb!

Gözündə gözü qalan
Bulaq da gileylənir.
Qanıyla xal-xal olan
Torpaq da gileylənir:
    Ceyran azalıb,
    Yaman azalıb!

Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq,
    Ceyran azalıb,
    Yaman azalıb!
                1961
Cəmi 525 nəfər oxuyub
Bəyənən (110) | Bəyənməyən (108)
Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024