Qoca və Dəniz

Qoca və Dəniz


QOCA  VƏ  DƏNİZ

    E.Xemenqueyin  ölümünə

Saçları -- rənginə bənzər,
Səsi -- ahənginə bənzər,
Yatağı -- sinəsi olan,
Ləpəsi -- nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca...
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı...
Fəqət sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı...”

                         1961
Cəmi 640 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023