Nobel mükafatı
Tatli.Biz

Nobel mükafatı


NOBEL  MÜKAFATI

Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.

Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.

Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!

Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.

Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.

Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...

Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...

Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!

1960
Cemi 157 nefer oxuyub
Beyenen (43) | Beyenmeyen (27)
Dostlarınla Paylaş

Nobel mükafatı məqaləsini oxu


Nobel mükafatı, Şeirlər, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Nobel mükafatı, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 131 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021