Koronavirus haqqinda yeni məlumatlar

Koronavirus haqqinda yeni məlumatlar


Koronavirus haqqında o qədər çox informasiya var ki, içində itib-batmaq olar. Biz sizin üçün ən vaciblərini topladıq. Ümid edirik ki, öyrənmək istədiklərinizin hamısı aşağıdakı 80 faktda var.

1."Covid-19" və "SARS-CoV-2" fərqli viruslardır. "Covid-19" - xəstəliyin (D - "disease" sözünün baş hərfidir), "SARS-CoV-2" isə virusun özünün adıdır.

2."CoV" - "CoronaVirus" sözünün qısaldılmış formasıdır. "Tikanlı" kənarları günəş tacını xatrlatdığı üçün virusu belə adlandırıblar.

3.Koronoviruslar bioloji saxtakarlardır - tikanların hər biri faydalı maddə molekulunu imitasiya edir, buna aldanan hüceyrə reseptorları onları məmnuniyyətlə içinə çəkir, tikanın ardınca virus özü də hüceyrəyə virus daxil olur və bu, yoluxmayla nəticələnir.

4."Yeni koronavirus" termini (novel və ya nCoV) virusun nə alimlərə, nə də hüceyrələrimizə tanış olduğu deməkdir.

5. 2 milyon illik təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxuyla mübarizə aparmağı öyrənib, ancaq yeni koronavirus onu qəfil yaxalayıb. Məhz bu səbəbdən yeni virusun öhdəsindən gəlmək bu qədər çətin, ona yoluxmaq bu qədər asandır.

koronavirus
Koronavirus: Nə dərəcədə narahat olmalı?
Koronavirus: maskaları kim, harada və necə taxmalı?
Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?
Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?
Koronavirus: maskaları kim, harada və necə taxmalı?
xətt
6.Hüceyrəni əsir alan virus zülal əvəzinə öz nüsxələrini istehsal etməyə məcbur edir, həm də dayanmadan. Bu, zəncirvari reaksiya yaradır və nəticədə hüceyrə məhv olur, infeksiya daşıyıcı isə yoluxucu xarakter qazanır.

7.Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı enib ağciyərə
[1] 2 3...6 >>
Cəmi 533 nəfər oxuyub
Bəyənən (64) | Bəyənməyən (61)
Dostlarınla Paylaş

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024