Motivasiya

Motivasiya


Müsahibələrdə ən məşhur suallar və cavablar
Gülməli də olsa, bizə həmişə müsahibələrdə eyni suallar verilir, amma əslində bizlərdən neçə nəfər sualları əvvəldən hiss edir və cavablar hazırlayır? Bu sadə, lakin fikri cəmləşdirən sualları əvvəldən gözləməklə həm özünəinam əldə edir, həm də peşəkar və hazırlıqlı olursunuz.

Zəif cəhətləriniz hansılardır?
Bu, gələcək işə götürənə hansı problemlərinizin olduğunu demək vaxtı deyildir, bu, özünüzü satmaq imkanıdır. Potensial olaraq mənfi sualı müsbətə çevirməklə Siz özünüzü inamla pozitiv müdafiə edir, potensial zəifliyi güclü tərəfə çevirirsiniz.

Təşkilatlana bilmək heç də mənim güclü tərəflərimdən biri deyildi, lakin vaxtın idarə olunması sisteminin icrası günümü təşkilatlandırmağa və prioritet tapşırıqları tamamlamağa kömək etdi. Bu yolla mən aşkar etdim ki, hər gün kifayət qədər vaxtım var, nəticədə daha məhsuldar oldum.

Stress və təzyiqin öhdəsindən necə gəlirsiniz?
Bu da səciyyəvi müsahibə sualıdır, iş vaxtı iş yükü və təzyiqi necə idarə etdiyiniz haqqında təsəvvür yaratmaq üçün verilir. Yaxşı cavablara dair nümunələr:

Faktiki olaraq mən təzyiq altında daha yaxşı işləyirəm. Mənə elə gəlir ki, o məni motivasiya edir. Nəyi etmək lazım olması ilə bağlı aydın təsəvvürə malik olmaq və neçə təşkilatlanmaq üçün məsuliyyətləri prioritetləşdirmək potensial təzyiqi minimallaşdırmağa kömək edir.

Mənə özünüzdən danışın
Ən geniş yayılmış bu “dahi” sual çox vaxt müsahibənin əvvəlində ortaya atılır və həmişə də namizədin əsəbləşməsinə səbəb olur. Heç kəs özü haqqında danışarkən rahat olmur, amma bu, özünüzü satmaq üçün qızıl imkandır. Burada onların əslində görmək istədikləri Sizin özünüzü necə ifadə etməyinizdir.
[1] 2 3 >>
Cəmi 360 nəfər oxuyub
Bəyənən (61) | Bəyənməyən (55)
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024