Toy adətləri

Toy adətləri


adət-ənənələrimizə uyğun toy arzusundayıq.
Bəzilərinin fikrincə isə artıq müasir zəmanəyə ayaq uydurmalıyıq. Məhz bunun üçün də adət-ənənələrimizi müasir rəqs növləri ilə əvəz edirik.
Yəqin ki, bir çoxlarımız qeyri-adi toyları izləmişik. Qeyri-adilik, fərqlənmək gözəldir, ancaq adət-ənənələrimizi dəyişəcək qədər vacibdirmi?
Əlbəttə ki, yaşlı nəsil adət-ənənələrimizi üstün tutaraq övladına gördüyü kimi toy arzulasa da, gənc nəslin nümayəndələri zaman-zaman bu fikirlə razılaşmaya bilər.

Çox gözəl toylarımız, çox gözəl adət-ənənələrimiz olduğu halda biz niyə onları qoruyub saxlaya bilmirik? Nə üçün dəyərli olan hər şeyi asanlıqla unuduruq? Biz əgər onları qoruyub saxlamasaq, çətin ki, bizdən sonrakı nəsil üçün adət-ənənələrimiz vacib olsun.
Gözəl toy hər birimizin arzusudur, ancaq adət-ənənələrimizə uyğun toy isə hamısından ən gözəli və əvəzolunmazdı. Elə müasir orijinallığı bunda tapmaq olar.
Xaricdən gələn qonaqlar təsadüfən bölgələrimizdə olan toy mərasimlərinin şahidi olanda təəccüblənirlər. Və hətta onlar təəccüb və heyrətlərini gizlədə bilmirlər. Həqiqətən milli toy adətlərimiz maraqlı və gözəldir. Hətta dünyanın bir çox yerlərində belə bizim toylarımız böyük marağa səbəb olur.
Adət-ənənələrimizin fərqliliyi, gözəlliyi hər kəsi heyran etdiyi halda nə üçün onların dəyərini bilməyək? Nə üçün onları qoruyub saxlamayaq
<< 1 2 [3]
Cəmi 767 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024