Azərbaycanda toylar

Azərbaycanda toylar


Toy hər bir azərbaycanlının həyatında 1 dəfə yaşanır.
Və həyatımızda çox önəmli olan bu mərasim ömür boyu xoş xatirələrlə yaddaşımızı izləməlidir. Bəs Azərbaycan xalqı ailə qurarkən hansı adətləri ilə digər millətlərdən seçilir? Evlənmək üçün ilk addım nədən başlayır? Toylarımız necə qurulur? Hə, yeri gəlmişkən, Azərbaycan ailələri ona görə uzunömürlü hesab edilir ki, bizdə ailəyə müqəddəs və toxunulmaz varlıq kimi baxırlar. Namus, qeyrət ilk növbədə ailədən başlayır.
Qız bəyənmə

Xalq arasında qızgörmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eləyir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin, anasının, atasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına — xalasına, bibisinə, anasına xəbər göndərir. Onların el dilində desək, ağzı aranır.
Xəbər göndərmə

Oğlan evi arayıb-axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Necə deyərlər, "ətəyindəki daşı yerə tökmür". Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.
Kiçik elçilik

Adətə görə, əvvəl 2 qadın — oğul anası və yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası 3 nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.
«Elçiliyə gecə getməzlər».
İnanclara və adətə görə, elçiliyə gecə getməzlər.
«Elçilərin qarşısına qoyulan çay
[1] 2 3 >>
Cəmi 812 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024