Xınayaxdı

Xınayaxdı


torbalarda hazırlanmış şirniyyatdan götürür. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərir. Cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzənir. Ev bəzəyən qızlara oğlan anasından xələt verilər, stol açılar, hamı şənlənər.
Qız şahı

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı „şah“ qaldırır. Şahqaldırma geniş yayılmış bir adətdir. Şah taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şah qaldırır.
Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılığıgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat 9-da, 10-da oğlan evindən cavanlar gəlir qız şahına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə „lopa“ yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.
<< 1 [2]
Cəmi 849 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024