Toy günü


Cehiz

Toydan 2-3 gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və «qardaşlığı» gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.
Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir.
Fətirüstü

Artıq qız evində toy tədarükü görülür. Qab-qacaq yığılır. Fətir bişirilir, səhər tezdən ocaqlar qalanır. Qadınlar başlayırlar fətir bişirməyə. Cavan qızlar fətir bişirənlərə qulluq edirlər.
Oğlan evindən də bir dəstə qadın, başda oğlanın anası, gəlirlər qız evinə. Fətir bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir. Cavanlar yığılıb içalat kababı bişirirlər, «baş-ayaq asırlar».
Mağar qururlar. Oturacaqlar düzürlər. Mağarı xalça-palazla bəzəyirlər. Sabah üçün bütün işləri görub qurtarırlar.
Çörəkbişirdi

Toy günündən 3 gün qabaq seçmə qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişirdi«yə gəlirlər.
ƏTRAFLI
Red Bull

Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş yayılır, bişirilir. İlk bişən çörək oğlan və ya qız anasına verilir. „Süfrəniz bərəkətli, çörəyiniz isti olsun“ deyilir.
Paltarbiçdi

Toydan qabaq qız evində „paltarbiçdi olur“. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir-bir göstərilir. Bu məclisdə ancaq qadınlar iştirak edir. Nəyi göstərirlərsə, məclis əhli hamısına „Allah xeyir versin“, „Oğullu-qızlı olsunlar“, „Qoşa qarısınlar“ və s. xeyir-duaları verər. Qız anası paltarları göstərənə hədiyyə verər.
Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürür. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərir. Cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzənir. Ev bəzəyən qızlara oğlan anasından xələt verilər, stol açılar, hamı şənlənər.
Qız şahı

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı „şah“ qaldırır. Şahqaldırma geniş yayılmış bir adətdir. Şah taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şah qaldırır.
Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılığıgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat 9-da, 10-da oğlan evindən cavanlar gəlir qız şahına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə „lopa“ yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.
Cemi 128 nefer oxuyub
Beyen(29) | Beyenme(31)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Toy günü məqaləsini oxu


Toy günü, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Toy günü, yukle

Saytda 83 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021