bacılığı „şah“ qaldırır. Şahqaldırma geniş yayılmış bir adətdir. Şah taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şah qaldırır.
Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılığıgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat 9-da, 10-da oğlan evindən cavanlar gəlir qız şahına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə „lopa“ yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.
Cəmi 974 nəfər oxuyub