Maraqli məlumatlar

Maraqli məlumatlar


Bəzi maraqlı faktlar var ki, bir çoxlarının onlar haqqında məlumatı yoxdur.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən həmin faktlardan bir neçəsini təqdim edir:

1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.



bit.ly

Learn more

2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.

3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.

7. Qarışqalar məcbur qaldıqlarında 2 həftə ərzində suyun altında yaşaya bilirlər.

8. Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.

9. İnsanların omba sümüyü betondan daha möhkəmdir.

10. Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatını bağlayır və bir növ insanları gizləyir.

11. “Süd yolu” qalaktikasında 400 milyarddan çox ulduz olduğu düşünülür.

12. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.

13. Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.

15. Gözlərin hər biri 130 milyondan çox görmə sinir hüceyrəsindən ibarətdir. Hər hüceyrənin içində isə 100 trilyon atom var. Bu rəqəmlər isə ümumilikdə dünyadakı bütün ulduzların sayından daha çoxdur.

16. Hazırda dəniz aləmində 180-nə
[1] 2 >>
Cəmi 418 nəfər oxuyub
Bəyənən (55) | Bəyənməyən (59)
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024