İnanclar
Tatli.Biz

İnanclar


Əl və ayaq dırnağını bir yerdə tutmaq pis olar.
Əncir ağacı altında yatan ağırlaşar.
Əncir ağacını sındıran, odununu yandıran xeyir görməz.
Əri çox istəyən arvadın paltarı tikiləndə sap tez-tez qırılar.
Ərə gedən qızın ayaq baş barmağı o biri barmaqlarından uzun olsa, ərinin itaətində olacaq, ikinci ayaq barmağı uzun olsa, əri onun itaətində olacaq.
Əti acı adamı mığmığa sancmaz.
Fal açanda danışmazlar.
Fəqirə gülən yoxsulluğa düşər.
Gec dil açan uşağa sərçə əti yedirtsən tez dil açar.
Gecə ağzı açıq yatan adamın ağzına şeytan tüpürər.
Gecə anadan olan adamın ayağı ağır olar.
Gecə başının altına paltar qoyub yatan adamı qara basar.
Gecə baş daramaq yaxşı olmaz.
Gecə dırnaq tutanın ömrü azalar.
Gecə yarısı it hürüb qarğalar qarıldasa, zəlzələ olar.
Gecə qayğanaq yeyəni qara basar.
Gecə saçını kəsdirənin ruzusu kəsilər.
Gecə yatanda mitəkəyə tapşırsan, vəqtli-vəqtində səni oyadar.
Gəlin gedən qızın ata evində geydigi başmağı ər evinə aparsalar gəlinin ər evində yeri daralar.
Gəlin başına tökülən noğullardan yesə bəxti açılar.
Göydə hərənin bir ulduzu var, adam öləndə göydəki ulduzu axır.
Gözü ölüyə sataşan boylu arvadın uşağı kor olar.
Gözün üstündən öpmək ayrılıq gətirər.
Gözündə xalı olan adamın baxışı tutarlı olar.
Gözü yol çəkən adam taza xəbər eşidər.
Gülab çəkmənin düşər-düşməzi olur.
Gün batanda tikiş tikməzlər.
Gündüz anadan olan adamın ayağı yüngül olar.
Hamamdan çıxanda sərin su içmə, içdin əlivi qoy başuva.
Hörümçək göydən sallananda evə qonaq gələr.
Xallı qız bəxtəvər olar.
Xalı çox olan adamın düşməni də çox olar.
Xırda pulu səsləndirsən pullanarsan.
Xonçaya başmaq qoymaq darlıq gətirir.
İki arvadın arasından keçənin işi rast gəlməz.
İldırım çaxanda dəmirə əl vurmazlar.
İlin axır çərşənbəsində qulaq falı düz deyər.
İlin axır çərşənbəsində səhər tezdən sudan atlananın bəxti açılar.
İlin axır çərşənbəsində səhər tezdən özünü axar su ilə yuyan gözəlləşər.
İl təhvil olanda balıq üzünü qibləyə qoyar.
İstiot dağılan evə dava düşər.
İsti suyu yerə tökəndə “Bismillah” deyərlər ki, ziyan tapmayalar.
İşi ayağı yüngül adamın ayağıla başlasan, iş tez qutarar.
İt kəlləsi asılan bostana göz dəyməz.
İt olan evə məlakə dolanmaz.
İt yaylaqda ləhləyəndə dolu düşər.
İtki tapılmasa şeytanın quyruğunu (sapın ucunu, ya dəsmalın guşəsini) düyünləsən tapılar.
Cemi 75 nefer oxuyub
Beyen(11) | Beyenme(8)
Dostlarınla Paylaş

İnanclar məqaləsini oxu


İnanclar, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, İnanclar, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 146 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021