İnanclarımız


Uşaq çox pənir yesə korafəhim olar.
Uşağa babasının adını qoysalar çox yaşayar.
Uşağın ayaq tutması evə qonaq gətirər.
Uşağın dırnağını tutanda dayısı ovucuna pul qoysa, uşaq varlı olar.
Uşağın boynundan öpsən küsəyən olar.
Uşağın başına bambaça salsan yetim qalar.
Uşağı çox qıdıxlasan əti tökülər.
Yağış yağanda gün çıxsa, deyərlər qurd balalayar.
Yaxın adamdan yaylıq almaq ayrılıq gətirir.
Yaxın adamdan nəsə aldın əvəzinə bir şey ver.
Yaxşı yuxunu danışsan kəsərdən düşər.
Yarpız bitən bostana ilan dolanmaz.
Yara-xoradan çimçəşən özü də yara-xora tökər.
Yasəmən ağacının düşər-düşməzi olur.
Yatan adamın üstünə atlanmazlar, atlayanın qada-balası yatan adamın üstünə düşər.
Yatanda başının altına paltarını qoysan, qatma-qarışıq yuxu görərsən.
Yatanda üzüvi qibləyə qoyub yatsan rahat yatarsan.
Yataqda yuxu deməzlər, düşər-düşməzi olur.
Yatan yerdə çörək yeməzlər.
Yerikləyən arvad hər adamın əlindən tikə yesə uşağı yalaq olar.
Yuxuda ölən adamı öpən günaha batar.
Yuxuda öpüşmək ayrılıq gətirir.
Yuxunu hamıdan əvvəl suya denən.
Yumurtanın qabığını evə səpmək dava-dalaş gətirər.
Cemi 72 nefer oxuyub
Beyen(12) | Beyenme(9)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

İnanclarımız məqaləsini oxu


İnanclarımız, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, İnanclarımız, yukle

Saytda 83 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021