Batil inanclar

Batil inanclar


Həyatımızın müəyyən məqamlarında inanclarımızın bizə uğur və ya pislik gətirəcəyinə inanırıq. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Əslində inanclara inanan yeganə xalq deyilik. Hər bir xalqın özünə uyğun inancları var, amma müqayisədə bizim inanclar bəzən ifrat dərəcəyə qədər gedib çıxır.

Hər bir insanın inancı fərqlidir. Özlərinə görə, açıqlamaları olan insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Bakı sakini 25 yaşlı Ranar Əliyev də inanclara inanır. Həm də ifrat dərəcədə: "Mən inanclara zarafatla "nənəmin qanunları" deyirəm. Bizi də inanmağa məcbur edən odur. Əvvəllər elə də fikir vermirdim, amma sınadıqca ehtiyat etməyə başlayıram. Uşaq olanda ən çox inandığım ayaqlarımın üstündən kimsə, keçsə, kiçik boylu olacağım idi. İndi isə yuxuda at görməyə inanıram. İşlərim çox yaxşı gedir. Göz səyriməsinə inanıram, sınamışam. Ümumən inandığım belə inanclar çox deyil, amma var".

Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Batil inanclara inanmaq müsəlman aləmində xoş əməl kimi qəbul olunmasa da çox insan bundan xəbərsizdir. Ümumən gündəlik həyatımızda da batil inancları fərqində olmadan işlədən insanlar az deyil. Asqıran insana sağlam ol demək, yerə düşən çörəyi öpüb göz üstünə qoymaq, evdə göz dəymənin qarşısını alsın deyə üzərlik yandırmaq, uşaq dişi çıxanda hədik bişirmək, bütün bunlar da xalq arasında yayılmış batil inanclardır.

Hacı Kamilin sözlərinə görə, insanların batil inanclara inanması günahdır. İnsan fitrət baxımından elə yaradılıb ki, daim hər hansı bir şeyə
[1] 2 >>
Cəmi 448 nəfər oxuyub
Bəyənən (54) | Bəyənməyən (54)
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023