Bəzi batil inanclarımız
Tatli.Biz

Bəzi batil inanclarımız


Psixoloq Gülər Namazovanın sözlərinə görə, insanlar batil inanclara inanmağa məcburdurlar. Çünki onların bundan başqa çarələri olmur. Gözün insana dəyib-dəymədiyini, ümumiyyətlə göz anlayışının nə olduğunu bilmədiyi halda o gözü çıxarmaq üçün üzərlik yandırmaq, başa duz fırlamaq nə dərəcədə düzgündür? Belə inanclar insanı ruhən sakitləşdirir: "Bizdəki fərdi batil inanclardan çox ümumi batil inanclar geniş yer tutub. Məsələn, hansısa ziyarətə gedib məhz o yerdən övlad diləmək geniş hal alıb ki, elə ən böyük batil inanc budur. İnsan özünü bu yolla bir növ rahatlamış, ümidini artırmış hiss edir, lakin digər tərəfdən günah qazanır. Batil inanclar zamanla unudula bilər, lakin buna insanlar hazır deyil. Çünki ailə qurmaq mərasimi elə batil inanclarla zəngindir, qızın çıraq başına fırlanması, başından düyü tökülməsi, başında çörək kəsilməsi, eyni zamanda bayramlarımız bu cür batil inanclarla zəngindir. Məsələn, qapı pusub ona uyğun arzu yozmaq, duzlu kökə, müxtəlif fallar, bütün bu əməllər bir məqsədlə edilir; gələcəyi dəyişmək, ya da dəyişdiyinə inanmaq. "Bunu etməyim, nəticəsi belə olsun", "burdan getməyim, işim alınsın" və bu kimi fikirlər sadəcə insanları motivasiya edir, inandırır ki, yaxşı olacaq. Əslində heç bir batil inanc qəbul olunan deyil, amma istisnalarla bu inanclardan qurtulmaq lazımdır. Çünki bəzən inanclara həddindən artıq aludə olub işini sabaha saxlayanlar, yolunu dəyişənlər, dəri və göz rənginə görə bəzi insanları kompleksə salanlar, onlardan uzaqlaşanlar da az olmur. Bir sözlə, insan öz-özünə aşılamalıdır ki, batil inanclar olmadan da onun işləri yolunda gedə bilər".

Psixoloq bildirir ki, bu cür inancların əksəriyyəti cahil insanlar tərəfindən şişirdilmiş inanclardır. Bir çox inanclar insanların yüz illər boyu dildən-dilə keçirdiyi, bu gün də bizim bunların bəzilərindən istifadə etdiyimiz etiqadlardır. Məsələn, hər bir evdə körpə ilk dişin çıxararkən mütləq dişlik bişirilməsi, uzaq səfərə çıxanın arxasınca su atılması kimi məsum inancların Allahı inkar etməklə bir əlaqəsi yoxdur: "Düzdür, sizinlə razıyam ki, bəzi inanclar var ki, məsələn qoz ağacı, əncir ağacının dibində yatan xəstələnər, ya da onu cinlər vurar kimi inanclar həddindən artıq şişirdilib. Belə inanclar insanların savadsızlığından yaranıb və cahillik əlaməti sayılır. Elmi cəhətdən təsdiqlənib ki, bu ağaclar tək ağacdırlar ki, digərlərindən fərqli olaraq, gecələri oksigeni udur, karbon qazı xaric edirlər və buna görə də o ağacların altında yatan adam havasızlıqdan tənginəfəs olur. Bu inancı yoxlayıb əmin olmaq istəyənlər də bilsin ki, ağacların altındakı boğulma hissinin heç bir cinlə əlaqəsi yoxdur".
Cemi 71 nefer oxuyub
Beyen(12) | Beyenme(10)
Dostlarınla Paylaş

Bəzi batil inanclarımız məqaləsini oxu


Bəzi batil inanclarımız, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Bəzi batil inanclarımız, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 114 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021