Bəzi batil inanclarımız

Bəzi batil inanclarımız


Psixoloq Gülər Namazovanın sözlərinə görə, insanlar batil inanclara inanmağa məcburdurlar. Çünki onların bundan başqa çarələri olmur. Gözün insana dəyib-dəymədiyini, ümumiyyətlə göz anlayışının nə olduğunu bilmədiyi halda o gözü çıxarmaq üçün üzərlik yandırmaq, başa duz fırlamaq nə dərəcədə düzgündür? Belə inanclar insanı ruhən sakitləşdirir: "Bizdəki fərdi batil inanclardan çox ümumi batil inanclar geniş yer tutub. Məsələn, hansısa ziyarətə gedib məhz o yerdən övlad diləmək geniş hal alıb ki, elə ən böyük batil inanc budur. İnsan özünü bu yolla bir növ rahatlamış, ümidini artırmış hiss edir, lakin digər tərəfdən günah qazanır. Batil inanclar zamanla unudula bilər, lakin buna insanlar hazır deyil. Çünki ailə qurmaq mərasimi elə batil inanclarla zəngindir, qızın çıraq başına fırlanması, başından düyü tökülməsi, başında çörək kəsilməsi, eyni zamanda bayramlarımız bu cür batil inanclarla zəngindir. Məsələn, qapı pusub ona uyğun arzu yozmaq, duzlu kökə, müxtəlif fallar, bütün bu əməllər bir məqsədlə edilir; gələcəyi dəyişmək, ya da dəyişdiyinə inanmaq. "Bunu etməyim, nəticəsi belə olsun", "burdan getməyim, işim alınsın" və bu kimi fikirlər sadəcə insanları motivasiya edir, inandırır ki, yaxşı olacaq. Əslində heç bir batil inanc qəbul olunan deyil, amma istisnalarla bu inanclardan qurtulmaq lazımdır. Çünki bəzən inanclara həddindən artıq aludə olub işini sabaha saxlayanlar, yolunu dəyişənlər, dəri və göz rənginə görə bəzi insanları kompleksə salanlar, onlardan uzaqlaşanlar da az olmur. Bir sözlə, insan öz-özünə aşılamalıdır ki, batil inanclar olmadan da onun işləri yolunda gedə bilər".

Psixoloq bildirir ki, bu cür inancların əksəriyyəti cahil insanlar tərəfindən şişirdilmiş inanclardır. Bir çox inanclar insanların yüz illər boyu
[1] 2 >>
Cəmi 377 nəfər oxuyub
Bəyənən (54) | Bəyənməyən (53)
Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024