İmtahan həyəcanı

İmtahan həyəcanı


İmtahan yaxınlaşdıqca abituriyentlərdə qorxu və ümidsizlik artır, əzmkarlıq və həvəs isə azalır.

Bu da onlarda ruh düşkünlüyünə səbəb olur. Bəzən vəziyyət elə bir hal alır ki, abituriyent bilik və bacarıqlarını imtahanda layiqincə nümayiş etdirə bilmir. İnsan ruhunu dünyanın ən güclü silahı adlandıran marşal Fok deyirdi: "Uğurunuzun qarşısında duran əngəlləri, ruhunuzun inamı ilə məğlub edin". Əzmkarlıq və inam sizi bacara bilməyəcəyinizi düşündüyünüz xəyallarınıza qovuşduracaqdır. Sezar Dukornet doğuşdan hər iki qolundan məhrum idi. Ancaq rəsmə olan böyük marağı, ümidləri və əzmkarlığı onu dünyanın ən məşhur rəssamlarından biri etdi. Beləliklə, əzmkarlıq və ümid insanın gücü, qüvvətidir. Əziz abituriyentlər! Bu günə kimi çalışmış, dərslərinizi bacara bildiyiniz qədər oxumusunuz. İndi əzmkarlıq göstərərək imtahanı yaxşı verib, işi sona çatdırmaq lazımdır. "Əsla bacarmaram" deyərək ümidsizliyə qapılıb, xəyallarınızı yarı yolda buraxmayın.

Artıq imtahanlara son bir-iki gün qalmışdır. Abituriyentlərin ətrafında olan insanlar, xüsusən də valideynlər onlara ancaq ümid dolu sözlər deməlidirlər: "İnan, bu imtahanlar bitəcək, gözəl tələbəlik illəri gələcək. Unudulmaz anlar yaşayacaq və daha öncə keçirdiyin bütün çətinlikləri unudacaqsan. Tələbə olduqdan sonra o qədər xoşbəxt olacaqsan ki, daha öncə səni narahat edən heç bir şeyi xatırlamayacaqsan".

İmtahan qorxusu, həyəcanı keçirənlərə öz sözlərimizlə dəstək ola bilərik:

- İmtahan dediyin nədir ki... 3 saata yekunlaşar və keçər.

- İmtahan dediyin nədir ki... 125 sual, oxuduğun mövzulardan düşər.

- İmtahan dediyin nədir ki... hər gün dərs keçdiyiniz sinifdə təşkil olunar.

- İmtahan dediyin nədir ki... 11 il qarşılaşdığın müəllimlərdən biri nəzarət
[1] 2 >>
Cəmi 503 nəfər oxuyub
Bəyənən (79) | Bəyənməyən (74)
Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023