İmtahan qorxusu

İmtahan qorxusu


İmtahan dediyin nədir ki... həll etdikcə alınan 125 doğru cavabdır.

- İmtahan dediyin nədir ki... pozitiv düşün, yazacaqsan və qazanacaqsan.

- İmtahan dediyin nədir ki, mən bilirəm sən bacaracaqsan...

Bəlkə də istifadə olunan kəlmə onun qərarını, keçirdiyi kiçik bir duyğu isə həyatını dəyişər.

Bir gün iki qurbağa süd qabına düşür. Boğulmaq təhlükəsi ilə üzləşən qurbağalardan birini ümidsizlik bürüyür. O, çıxış yolu olmadığını düşünüb hərəkətsiz qalır və boğulur. Digər qurbağa isə var gücü ilə, ümid və əzmkarlıqla səy göstərməyə, qurtulmağa, uğur qazanmağa çalışır. O, hərəkət etdikcə südün üzərində yağ təbəqəsi əmələ gəlir və xilas olur. İndi bu qısa zamanda şərtlər nə olursa olsun, bilik, bacarıq və hazırlığınızın hansı səviyyədə olmasından asılı olmayaraq, axıra kimi əzmlə çalışmaq lazımdır.

Ən son ana qədər ümidlə mübarizə aparmaq çox önəmlidir. 1492-ci ildə Xristofor Kolumbun bildiyini, bəlkə, yüzlərlə dənizçi bilirdi. Lakin işini sona kimi əzmkarlıqla gedən Kolumb adını tarixə yazdırmağı bacardı.

Bir yazıçı düşünün! İllərlə əziyyət çəkib roman yazsın. Sonuna çatanda "olmaz" deyib, əsərini yandırsın. Bir üzgüçü təsəvvür edin! Hədəfə çatarkən anidən "bacarmayacağam" söyləyərək geri dönsün. Sizcə, bu təəssüfverici və mənasız deyilmi?.. Və bir abituriyent düşünün! Çalışsın, səy göstərsin, hazırlaşsın, gələcəyi naminə gecəsini və gündüzünü fəda etsin, amma sonda, imtahana az qalmış "bu iş olmaz", "bacarmaram", "qorxuram" deyib hədəfinə doğru sonuna qədər getməsin. Ona görə də çətin vəziyyət qarşısında ümidsizləşərək arxaya dönüb, geri qaçmamaq lazımdır. Gözünü qırpmadan sonuna qədər, əzmlə mübarizə apar. O zaman uğur sənin olacaqdır.

Qarşıdan gələn
[1] 2 >>
Cəmi 506 nəfər oxuyub
Bəyənən (91) | Bəyənməyən (91)
Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024