2020 də ən çox izlənən filmlər

2020 də ən çox izlənən filmlər


IMDb” kinoresursu 2020-ci ilin ən gözlənilən filmlərinin siyahısını açıqlayıb.

Bu barədə Lenta. xəbər verib.

Bildirilir ki, siyahıda ilk yerdə Yeti Yanın “Yırtıcı quşlar” filmi yerləşib. Əsərdə superqəhrəmanlar cinayatkarların lideri Qara Maskaya qarşı mübarizə aparır. Baş rolları Marqo Robbi, Cerni Smollet-Bell, Meri Elizabet Uinsted, Rozi Peres, Ella Cey Basko, Yuen Makqreqor və Kris Messina bölüşür.



Ən gözlənilən ikinci film Ceff Faulerin “Sonic the Hedgehog” videooyununa əsaslanan “Sonik kinoda” əsəridir. Lentdə Ceyms Marsden və Cim Kerri iştirak edib, “kirpi Sonik”i isə Ben Şvarts səsləndirib.



Üçlüyü Cozef Kosinskinin “Ən yaxşı atıcı” filminin davamı kimi “Top Qan: Meverik” döyüş filmi bağlayıb. Burdakı hadisələr birinci filmdən 34 il sonra baş verənləri göstərir. Filmdə Tom Kruz, Maylz Teller, Vel Kilmer və başqaları iştirak edir.



Bundan başqa, ən çox gözlənilən filmlər siyahısında ilk onluğa Keri Fukunaqinin “Ölmək vaxtı deyil”, Keyt Şortlandın “Qara dul”, Niki Karonun “Mulan”, Petti Cenkinsin “Möcüzə-qadın: 1984”, Deni Vinevin “Dyuna”, Mettyu Vonun “King’s Man: Başlanğıc” və Castin Linin “Forsaj-9” filmləri daxil olub.
Cəmi 422 nəfər oxuyub
Bəyənən (74) | Bəyənməyən (74)
Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024