İmmunitedi gücləndirən vasitələr

İmmunitedi gücləndirən vasitələr


verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir”.

İmmunostimulyatorlardan istifadə etmədən immuniteti gücləndirməyin yollarını açıqlayan həkim bildirib ki, bunun üçün düzgün qidalanmaq (gündə 3-4 dəfə), qidada meyvə, tərəvəz, süd məhsullarının miqdarını artırmaq lazımdır. İmmuniteti gücləndirən əsas qidalar isə tərkibi C vitamini ilə zəngin olan meyvələr (limon, portağal, mandarin, qarağat), həmçinin üzüm şirəsi, qırmızı şərab, bal, qoz, fındıq, badam və s., tərəvəzlərdən soğan, sarımsaq, brokkoli (gül kələmi), kök, dəfnə yarpağı, təbii süd məhsulları (yoğurt, pendir, kəsmik), zülallarla zəngin ət və balıq məhsullarıdır. İmmuniteti artırmaqdan ötrü karbohidrat və zülal mübadilə proseslərini tənzimləyən, immun sisteminin virus və infeksiyalarla effektiv dərəcədə mübarizəsinə kömək edən sinklə zəngin qidalar qəbul etmək, çoxlu miqdarda maye içmək lazımdır.

O, əlavə edib ki, viruslar burun-udlağın quru selikli qişasında daha asanlıqla çoxaldığından burunun selikli qişasının qurumaması üçün onu dəniz duzu məhlulu ilə yuyub təmizləmək lazımdır: “Bu sadə prosedur nəticəsində bütün mikrob və bakteriyalar təmizlənir, nəticədə selikli qişanın quruması baş vermir, yerli immunitetin də zəifləməsinin qarşısı alınır. Bundan başqa, mütləq gün ərzində heç olmasa 1 stəkan yaşıl çay içmək lazımdır, çünki onun tərkibində faydalı elementlər daha çoxdur. Yaşıl çayın tərkibində olan polifenol orqanizmdən sərbəst radikalları çıxarır və bir çox xəstəliklərdən müdafiə edir. Ona görə də yaşıl çayın sistematik qəbulu immuniteti möhkəmləndirir. Yaşıl çayla yanaşı, insanı soyuqdəymədən müdafiə edən, orqanizmin infeksiyalara qarşı müdafiəsini artıran fitoçayları da unutmaq olmaz. Əsasən moruq, qarağat, nanə, çobanyastığı
<< 1 2 [3] 4 5 >>
Cəmi 415 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024